İSTİFADƏÇİ ŞƏRTLƏRİ

TERMS OF SERVICE

HexVora Cyber Security platformasının təqdim etdiyi xidmətlərdən istifadə zamanı qəbul etdiyiniz etik qaydalar və şərtlər.

01.

Xidmətlərdən İstifadə Qaydaları

HexVora kibertəhlükəsizlik portalında təqdim olunan kurslar, CTF çətinlikləri və interaktiv quizlər yalnız qanuni, təhsil və özünüinkişaf məqsədləri üçün yaradılmışdır. Platformadan hər hansı zərərverici və ya icazəsiz fəaliyyət üçün istifadə etmək qəti qadağandır.

02.

Etik Hacking Siyasəti

Bu platformada öyrəndiyiniz hücum (offensive) və müdafiə (defensive) texnikalarından icazəsiz olaraq real dünyadakı hər hansı sistemə qarşı istifadə edilməsi qanunla qadağandır. HexVora daxilində öyrənilən hər hansı bilikdən kənar sistemlərə kiberhücum məqsədilə istifadə olunmasının hüquqi məsuliyyəti tamamilə istifadəçinin özünə aiddir.

03.

Hesab və Təhlükəsizlik Öhdəlikləri

Platformaya daxil olmaq üçün təyin etdiyiniz istifadəçi məlumatlarınızı (Email və şifrə) tam gizli saxlamağa borclusunuz. Şəxsi təhsil hesabınızın digər şəxslərə ötürülməsi, paylaşılması və ya kommersiya məqsədilə istifadəsi aşkarlandıqda hesabınız birtərəfli olaraq dərhal bloklanacaqdır.

04.

Əqli Mülkiyyətin Qorunması

Sistem daxilindəki bütün təlim proqramları, kiber lab ssenariləri, CTF tapşırıqları və vizual məzmunlar HexVora platformasına məxsusdur. Müəllif hüquqları ile qorunan bu materialların icazəsiz kopyalanması, yayılması və digər platformalarda paylaşılması qadağandır.

Son yenilənmə tarixi: May 2026 // HEXVORA ETHICAL CONDUCT